Nihat Doğan: Biz onsuz da küçədə tankların üzərində idik – VİDEO

Nihat Doğan: Biz onsuz da küçədə tankların üzərində idik – VİDEO

Türkiyədə hərbi çevrilişə cəhd gecəsi prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə küçəyə çıxanlar arasında məşhur müğənni Nihat Doğan da olub.

Oxu.Az xəbər verir ki, ifaçı həmin gecə Mahmutbey küçəsində çəkdiyi videonu sosial şəbəkədə paylaşıb.

O, “Qazi Məclisini bombalayacaq qədər alçaqlaşmış bu xainlərə qarşı bütün xalqımı küçələrə dəvət edirəm. Demokratiyaya sahib çıxın” şərhini yazıb.

Adıçəkilən küçədə iki tankı girov aldıqlarını söyləyən N.Doğan “Twitter”də “Dünən “küçələrə tankların önünə çıxın” çağırışıma “özün çıx” deyən alçaqlar, biz onsuz da küçədə tankların üzərində idik” sözlərini yazıb.

0
25