Bakıda qadın özünü 13-cü mərtəbədən atıb

Bakıda qadın özünü 13-cü mərtəbədən atıb

Faktla bağlı istintaq aparılır.

Bakının Binəqədi rayonunda intihar hadisəsi baş verib.

Oxu.Az-ın “Report”a istinadən verdiyi xəbərə görə, hadisə rayonun M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, ev 4 A ünvanında qeydə alınıb.

1959-cu il təvəllüdlü Xalidə Əliquliyeva özünü yaşadığı binanın 13-cü mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən istintaq aparılır.

0
18