Türkiyənin Azərbaycandakı sabiq səfiri çevriliş cəhdi zamanı yaralanıb

Türkiyənin Azərbaycandakı sabiq səfiri çevriliş cəhdi zamanı yaralanıb

Türkiyənin Almaniyadakı keçmiş səfiri Hüseyn Avni Qarslıoğlu iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi zamanı yaralanıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Ankarada hərbi helikopterdən açılan atəş nəticəsində H. A. Qarslıoğlu ayağından xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən diplomat tibbi yardım göstərildikdən sonra evə buraxılıb. H. A. Qarslıoğlunun ayağındakı xəsarətə baxmayaraq, yeriyə bildiyi deyilir.

Qeyd edək ki, Almaniya Bundestaqı 2 iyunda qondarma "erməni soyqırımı"nı tanıdıqdan sonra Türkiyənun bu ölkədəki səfiri H. A. Qarslıoğlu geri çağırılıb.

Xatırladaq ki, H. A. Qarslıoğlu daha əvvəl Azərbaycanda səfir kimi fəaliyyət göstərib.

0
15