Ermənistanda polis idarəsini ələ keçirmiş dəstə təslim olmayacaq:Daha iki girov azadlıqda

Ermənistanda polis idarəsini ələ keçirmiş dəstə təslim olmayacaq:Daha iki girov azadlıqda

Ermənistan paytaxtında polis idarəsinin binasını ələ keçirən silahlı qrup girov götürdüyü şəxslərdən ikisini azadlığa buraxıb.

Lent.az-ın ERmənistan KİV-ə istinadən məlumatına görə, hazırda girovluqda 5 nəfər qalır. Onların arasında Ermənistan DİN-in iki yüksək rütbəli zabiti, Vartan Yegiazaryan və Valeri Osipyan da var.

Ermənistan Ombudsman Aparatının həyata keçirdiyi tədbirlər nəticəsində isə hadisə ilə bağlı polis tərəfindən saxlanılmış 50-yə yaxın vətəndaş azadlığa buraxılıb.

Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.

Bu arada yerli KİV-in yaydığı başqa bir məlumata görə, silahlı qrup tələblərində sonacan duracaqlarını, silahı yerə qoymayacaqlarını da bəyan edib.

0
7