Kəskin istilərlə bağlı– XƏBƏRDARLIQ

Kəskin istilərlə bağlı– XƏBƏRDARLIQ

Havanın temperaturu 43 dərəcəyədək yüksələcək.

Azərbaycanda müşahidə ediləcək isti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, iyulun 23-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-40 dərəcə , bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıq da isə bildirilib ki, iyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

0
15