SOCAR dövlət büdcəsinə ödədiyi pulun miqdarını açıqladı

SOCAR dövlət büdcəsinə ödədiyi pulun miqdarını açıqladı

SOCAR 2016-cı ilin mart ayı üzrə ödənişləri açıqlayıb.

Lent.az şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, SOCAR 2016-cı ilin mart ayında dövlət büdcəsinə 109 milyon 248 min manat vəsait ödəyib. Ümumiyyətlə, 2016-cı ilin yanvar-mart aylarında büdcəyə 325 milyon 130 min manat vəsait ödənilib. Bundan əlavə, cari ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 10 milyon 920 min manat vəsait köçürüb. 2016-cı ilin yanvar-mart aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 31 milyon 970 min manat təşkil edib.

0
24