Türkiyədə hakim və prokurorların kütləvi həbsinə başlanılıb

Türkiyədə hakim və prokurorların kütləvi həbsinə başlanılıb

Həbs olunanların sayının 3 minə çatacağı bildirilir.

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi ilə əlaqədar 2745 hakim və prokuror vəzifədən uzaqlaşdırılıb.

Oxu.Az-ın “Sözcü” qəzetinə istinadən verdiyi xəbərə görə, işdən uzaqlaşdırılanların həbsinə başlanıb.

Həbs olunan hakim və prokurorların sayının 3 minə çatacağı bildirilir. Bu isə Türkiyədəki hakim və prokurorların beşdə birini təşkil edir.

Türkiyə Hakimlər və Prokurorlar Ali Şurasının məlumatına əsasən, ölkədə 10 min 72 hakim və 4 min 921 prokuror var.

0
9