Rəqsanənin geyimi tənqid olundu – FOTO

Rəqsanənin geyimi tənqid olundu – FOTO

Müğənni Rəqsanə İsmayılovanın sosial şəbəkədə qaynaqsız saçları, məşq zamanı ifası və şortla geyimini paylaşması izləyiclər tərəfindən tənqid olunub.

Oxu.Az xəbər verir ki, ifaçı barəsində yazılanlara münasibət bildirib.


“Mənim çəkimə düşmək üçün dözüm, iradə, səbr lazımdır. İkinci, mənim saçım anadangəlmə seyrəkdir. 1979-cu il təvəllüdlüyəm, yaşımı siz hesablayın. Nə edim, bütün günü yemək yeyib, qarşınıza üç-dörd mərtəbə çıxım? O ki qaldı geyimimə... Şort geyinmək eyibdirsə, siz geyinməyin.


Mənim səsim olmasa, əlimə mikrofon almaram. Sizinlə paylaşdığım videolar isə məşqdəndir. Burada olan aparat yüksək keyfiyyət verə bilməz. Məni istəyən də, istəməyən də sağ olsun. Mənim insanlığım, sadəliyim, təmizliyim imkan vermir ki, sizin qəlbinizə dəyim”, -deyə R.İsmayılova şərh yazıb.

A.S.

0
14