Türkiyədə 8 minə yaxın polis işdən uzaqlaşdırılıb

Türkiyədə 8 minə yaxın polis işdən uzaqlaşdırılıb

Ankaradan bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib.

Türkiyənin hərbi və məhkəmə-hüquq sistemində “Fətullahçı Terror Təşkilatı”na mənsub olduğu iddia edilən şəxslərə qarşı əməliyyatlar davam edir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə APA “Hürriyet”ə istinadən məlumat verir.

Məlumata əsasən, Türkiyə ərazisində yüksək rütbəlilər də daxil olmaqla, 7 min 850 polis vəzifələrindən uzaqlaşdırılıb. Ankaradan bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib.

Ötən gecə boyunca polis idarələrinə və bölmələrinə çağırılan həmin polislərin silahları və şəxsi sənədləri müsadirə edilib.

0
13