İlham Əliyev idmançılarımızı Olimpiya Oyunlarına yola saldı

İlham Əliyev idmançılarımızı Olimpiya Oyunlarına yola saldı

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı mərasimdə nitq söyləyib. Sonra gənclər və idman naziri Azad Rəhimov, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev, paralimpiyaçı İlham Zəkiyev, yunan-Roma güləşçisi Rəsul Çunayev çıxış ediblər.

Çıxışlardan sonra idmançılar Olimpiya andı içiblər. Sonda İ.Əliyev idmançılarla xatirə şəkli çəkdirib.

0
19