Alma-Atada 2 polis öldürüldü

Alma-Atada 2 polis öldürüldü

Qazaxıstanın Alma-Ata şəhərinin Almalı rayonunda baş verən atışma nəticəsində 2 polis əməkdaşı həlak olub. Lent.az-ın “Kazinform”a istinadən məlumatına görə, hadisəni törədən və radikal dini qruplaşmanın üzvü olduğu ehtimal edilən naməlum şəxsin ələ keçirilməsi üçün şəhərdə anti-terror əməliyyatı başlayıb. Şəhər polisi Alma -Ata sakinlərinə evdən çıxmamaları barədə xəbərdarlıq edir.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir.

0
15