Mərkəzi Kəşfiyyat İdarəsi işgəncələrdən imtina etdi

Mərkəzi Kəşfiyyat İdarəsi işgəncələrdən imtina etdi

“Mən bir sıra üsulların tətbiqinə razılaşmayacam”.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları məhbusların dindirilməsində qəddar üsullardan, əsasən də su ilə işgəncə üsulundan, hətta ölkənin gələcək prezidentinin əmri ilə belə istifadə etməyəcəklər.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu “NBC News”a verdiyi müsahibədə MKİ direktoru Con Brennan bəyan edib. 

“Mən bir sıra üsulların tətbiqinə razılaşmayacam”, - o bildirib. 

MKİ direktoru bununla yanaşı dəqiqləşdirib ki, söhbət su ilə işgəncədən (waterboarding) gedir, şübhəlini lövhəyə bağlayırlar və başına su tökürlər, bu zaman insanda batmış təsəvvürü yaranır.

Daha öncə Respublika partiyasından namizədliklərini irəli sürmüş Donald Tramp və Ted Kruz bu üsulun dindirilmə zamanı tətbiqinin bərpasına dair mülahizələrə yol vermişdilər. 

Fevralda Texasın senatoru bu üsulu işgəncə kimi qiymətləndirmədiyini və onun lazım olmadığı halda istifadəsinə yol verməyəcəyini bəyan etmişdi.

Ali baş komandan kimi Kruz, “təhlükəsizliyi qorumaq üçün istənilən təkmilləşdirilmiş dindirilmə üsullarını tətbiq edəcəyini” qeyd etmişdi. 

0
15