(R) AGBank-ın Azəricard ilə birgə layihəsi

(R) AGBank-ın Azəricard ilə birgə layihəsi

Günün istənilən vaxtı kartınıza dərhal pul vəsaiti yükləyə bilmək istəyirsinizmi? AGBank-ın plastik kart sahibisinizsə o zaman Siz artıq doğru seçimi etmisiniz. İndi ödəniş terminalların vasitəsilə plastik  kartınıza pul otuzdurmaq istədikdə, vəsait bir neçə dəqiqə ərzində sizin kart hesabınıza oturacaq. Əgər Siz də vaxtınızın qədrini bilirsinizsə, o zaman bu kartı almağa tələsin. Belə ki, müştərilərinin rahatlığı üçün xidmətlərini daim təkmilləşdirən AGBank bu dəfə “Azəricard” MMC ilə birgə layihəni uğurla tamamlayıb. Yeni xidmət müştərilərin rahatlığına yönəlib. Artıq AGBank müştərilərinin kartlar ilə apardıqları bütün əməliyyatlar dərhal sistemdə əksini tapacaq. Bununla da istər bankın kassalarında istərsə də MilliÖn köşklərində vəsait karta mədaxil edildiyi zaman saniyələr içərisində karta yüklənəcək. Xidmət həftənin 7 günü, günün 24 saatı aktiv olduğu üçün müştərilər istirahət və bayram günlərində də kartlarından faydalana biləcəklər.

AGBank-ın müştərilərinə təqdim etdiyi bu üstünlükdən yararlanmaq üçün şəxsiyyət vəsiqəsi ilə sizə yaxın AGBank filialına yaxınlaşaraq, plastik kart əldə etməyiniz kifayətdir. Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.

0
12