Hakim qətllə bağlı prosesdə özünə etiraz edib

Hakim qətllə bağlı prosesdə özünə etiraz edib

Cinayət işinin başqa hakimin icraatına veriləcəyi açıqlanıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Babək Əzimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hakim özü-özünə etiraz edib.

Buna səbəb hakimin ibtidai istintaqı aparan müstəntiqlə qohum olması göstərilib. Cinayət işinin başqa hakimin icraatına veriləcəyi açıqlanıb.

Xatırladaq ki, bu il fevralın 4-ü axsam saat 22 radələrində Xızının Giləzi qəsəbəsində 24 yaşlı Elmir Qulamovun qətlində təqsirləndirilən B.Əzimov saxlanılıb. Qətl hadisəsinə səbəb mərhumun B.Əzimova məxsus kafedə yemək yeyəndən sonra hesabı ödəməməsi olub. B.Əzimov barəsində qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb.

0
11