İlham Əliyev olimpiyaçılarımızı Rio-de-Janeyroya yola saldı

İlham Əliyev olimpiyaçılarımızı Rio-de-Janeyroya yola saldı

Prezident mərasimdə nitq söyləyib.

Prezident İlham Əliyev Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimində iştirak edib.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə nitq söyləyib.

Sonra gənclər və idman naziri Azad Rəhimov, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev, paralimpiyaçı İlham Zəkiyev, yunan-Roma güləşçisi Rəsul Çunayev çıxış ediblər. Çıxışlardan sonra idmançılar Olimpiya andı içiblər. Dövlət başçısı idmançılarla xatirə şəkli çəkdirib.

0
11