Gömrükdə dollar qaçaqmalçıları saxlanıldı

Gömrükdə dollar qaçaqmalçıları saxlanıldı

Qutunun içərisindən gömrük nəzarətinə bəyan edilməyən 20500 dollar aşkar olunub.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda Azərbaycandan İrana yüksüz gedən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin sürücü oturacağının üst istiqamətində kabinin tavanına bitişik olan, zavod konstruksiyasında əşyaların saxlancı üçün nəzərdə tutulmuş qutunun içərisindən gömrük nəzarətinə bəyan olunmayan 20500 dollar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

0
9