Fətullah Gülən “edam edildi”

Fətullah Gülən “edam edildi”

Yüzlərlə insan Atatürk hava limanına axışıb”.

Türkiyədə Atatürk Hava Limanına toplaşan bir qrup insan hərbi çevrilişə cəhdi təşkil etməkdə əsas şübhəli kimi adı hallandırılan Fətullah Gülənin maketini asıblar.

Oxu.Az-ın məlumatına görə, bu barədə ANS PRESS “İhlas” xəbər agentliyinə istinadən xəbər verir.

Prezident Rəcəb Tayyib Ərdoğanın İstanbula gələ biləcəyini öyrənən yüzlərlə insan Atatürk Hava Limanına axışıb. Əllərində Ərdoğanın şəkilləri, türk bayraqları və şüarlar yazılan plakatlar olan insanlar Fətullah Gülənin maketini də özləri ilə gətiriblər.

Məlumata görə, Güləni “asan” vətəndaşlar daha sonra onu yerdə sürüyüblər.

Şəxsi maşınları olanlar isə bayraq dalğalandıraraq və avtomobillərindən siqnal verərək bu aksiyaya dəstək veriblər.

İyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.

Çevrilişə cəhddən sonra açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu cəhdin konkret olaraq Fətullah Gülən və ona yaxın dairələr tərəfindən təşkil edildiyini bəyan edib. O, ABŞ rəhbərliyinə müraciət edərək Gülənin Türkiyəyə ekstradisiyasını tələb edib.

0
16