Yerevanda ələ keçirilmiş polis bölməsindən bir girov azad edilib

Yerevanda ələ keçirilmiş polis bölməsindən bir girov azad edilib

Bir polis ölüb, üç nəfər yaralanıb.

Yerevanda polis bölməsinin binasını ələ keçirən silahlı qruplaşma girovlardan birini azad edib.

Oxu.Az bu barədə Ermənistan KİV-nə istinadən xəbər verir.

Hazırda polis binasında hələ 5 nəfər girov saxlanılır. Onların arasında Ermənistan polis rəisinin müavini Vardan Yegiazaryan və Yerevan polis rəisinin müavini Valeri Osipyan da var.

Dünən səhər bir neçə silahlı şəxs Ermənistan polisinin patrul-post alayının ərazisinə daxil olub və zor tətbiq etməklə oradakı insanları girov saxlayıb.

Polisin məlumatına görə, binanın ələ keçirilməsinə cəhd zamanı bir polis məmuru ölüb, üç nəfər yaralanıb. Ardından xüsusi təyinatlıların əməliyyatı nəticəsində iki girov azad edilib.

0
14