Almatanın mərkəzində atışma

Almatanın mərkəzində atışma

Milli Təhlükəsizlik Komitəsinin şöbəsinin binası mühasirəyə alınıb.

Şahidlərin sözlərinə görə, təcili yardım və polis binaya yaxınlaşıb, yaralıların olduğu istisna edilmir.

Oxu.Az Tengrinews.kz-a istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Komitəsinin şöbəsinin binası mühasirəyə alınıb.

Daha öncə Almatada Rayon DİN idarəsinin mühasirəyə alındığına dair xəbər yayılmışdı. Nikolsk bazarı yaxınlığında atışmanın eşidildiyi deyilir. Şahidlər həmçinin qonşu ofislərin əməkdaşlarının binadan buraxılmağını da bildiriblər.

Yaxın ofislərin əməkdaşlarının sözlərinə görə 10-a yaxın atəş açılıb. “Əvvəlcə tək-tək - üç ya dörd atəş açıldı, sonra isə elə bil güllə qatarı buraxdılar. Naməlum şəxs Karasay batır küçəsi tərəfindən Baytursınova tərəfə avtomatla qaçdı, onun ardınca polislər qaçdı”, - şahidlər danışıb.

0
7