TQDK Apellyasiya Komissiyası yaradıb

TQDK Apellyasiya Komissiyası yaradıb

Şəxsiyyəti təsdiq edən sənədin əsli təqdim edilməlidir.

İyulun 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən I və IV ixtisas qrupları üzrə cari ilin məzunları üçün keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

Oxu.Az məlumat verir ki,TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına iyulun 18-də saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

0
14