Beyons konsertində Türkiyədəki terrorda həlak olanları yad etdi – VİDEO

Beyons konsertində Türkiyədəki terrorda həlak olanları yad etdi – VİDEO

Amerikalı məşhur ulduz Beyons Amsterdamdakı konsertdə “Halo” adlı mahnısını ifa etməzdən əvvəl “Bu mahnını Türkiyədə həyatını itirənlərə həsr edirəm” deyərək terror zamanı həlak olanların xatirəsini anıb.

Oxu.Az xəbər verir ki, ifaçının bu hərəkəti zaldakılar tərəfindən alqışla qarşılanıb.

Konserti izləyənlər arasında “Qalatasaray”ın hollandiyalı futbolçusu Uesli Sneyderin həyat yoldaşı Yolante Kabau da olub.

Kabau həmin anları İnstaqramda “Gecənin ən gözəl anları. Türkiyədə həyatlarını itirmiş insanlara həsr edilmiş mahnı. Təşəkkürlər, Beyons” şərhi ilə paylaşıb.

0
10