Nazirin təyyarəsi qəza enişi etdi

Nazirin  təyyarəsi qəza enişi etdi

Böyük Britaniya xarici işlər naziri Boris Consonu daşıyan təyyarə Londonun Luton hava limanında qəza enişi edib.

APA-nın məlumatına görə, bu barədə «The Guardian» xəbər verib.

Qəza enişinə səbəb təyyarədə aşkar olunan texniki nasazlıq olub.

Böyük Britaniya XİN-i faktı təsdiqləyib.  Qısa fasilədən sonra Boris Consonun rəhbərlik etdiyi XİN-nin nümayəndə heyəti Brüsselə yola düşüb.

0
17