ABŞ Gülənin Türkiyəyə verilməsinin şərtlərini açıqladı

ABŞ Gülənin Türkiyəyə verilməsinin şərtlərini açıqladı

Kerri qeyd edib ki, rəsmi Vaşinqton Türkiyə tərəfindən Gülənin ekstradasiyası ilə bağlı heç bir sorğu almayıb.

ABŞ nurçuların lideri Fətullah Güləni Türkiyəyə yalnız ciddi hüquqi əsaslar təqdim olunduqdan sonra təhvil verəcək.

Oxu.Az-ın Reuters-ə istinadən xəbərinə görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri deyib.

“Bizə sübutlar göstərin”, - Kerri deyib. Amerikalı diplomat həmçinin qeyd edib ki, rəsmi Vaşinqton Türkiyə tərəfindən Gülənin ekstradasiyası ilə bağlı heç bir sorğu almayıb.

Kerri bildirib ki, bütün lazımi sənədlərlə birgə hüquqi tələblərə cavab verən müvaifiq müraciət ABŞ-ın Ədliyyə nazirliyinə göndərilməlidir.

“Və biz bununla məşğul oları”, - dövlət katibi əlavə edib.

0
18