Problemli kreditlərin həcmi artdı

Problemli kreditlərin həcmi artdı

Azərbaycan Mərkəzi Bankı fevral ayının yekunlarını açıqladı.

2016-cı ilin fevral ayının yekunlarına görə, Azərbaycanda problemi kreditlərin həcmi 1 milyard 329,5 milyon manat təşkil edib.

Bu da yanvar ayının yekunları ilə müqayisədə 14,9 milyon manat və ya 1,1% çoxdur. 

Oxu.Az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı hesabata istinadən xəbər verir ki, bununla da ay ərzində problemli kreditlərin ümumi kredit portfelində payı isə 6,2%-dən 6,5%-ə yüksəlib. 

Qeyd edək ki, bu rəqəm ötən ilin yekunları ilə müqayisədə 179 milyon manat və ya 13,4% azdır. 

Xatırladaq ki, cari ilin yanvar ayında Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 314,6 milyon manat təşkil edib. 

Ülviyyə R. Əli
www.oxu.az

0
21