Sarkisyan təcili iclas keçirir

Sarkisyan təcili iclas keçirir

Güc strukturlarının rəhbərləri Ermənistan prezidentinə yaranmış vəziyyət ilə bağlı məlumat verirlər.

Ermənistan prezidenti Serj Sarkisyan bu dəqiqələrdə Təhlükəsizlik Şurasının və hüquq-mühafizə orqanları rəhbərlərinin iclasını keçirir.

Bu barədə Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata əsasən, iclasda qeyd olunub ki, hüquq-mühafizə orqanları vəziyyətə nəzarət edir və polis idarəsinə hücumla bağı Yerevandakı situasiyanı nizamlamaq üçün zəruri tədbirlər görməyə hazırdır.

Qeyd edək ki, bu gün səhər saatlarında bir qrup silahlı şəxs Yerevan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib.

Silahlı şəxslər Ermənistan Polisinin rəis müavini, general-mayor Vartan Eqizaryan daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır.

0
9