"Qarabağ”ın keçmiş futbolçusu İngiltərədə debüt etdi

"Qarabağ”ın keçmiş futbolçusu İngiltərədə debüt etdi

"Qarabağ”ın keçmiş forvardı Samuel Armenteros İngiltərə Çempionşipində çıxış edən "Bristol Siti"nin heyətində debüt oyununa çıxıb. Apasport.az xəbər verir ki, isveçli hücumçu "Youil Taun”la matçda iştirak edib və oyun "Bristol Siti"nin 2:1 hesablı qələbəsiylə başa çatıb.


Ötən mövsümü "Qarabağ”da keçirən Armenteros İngiltərə klubunun düşərgəsində baxışdadı. Onunla bağlı son qərarı "Bristol Siti"nin baş məşqçisi Li Conson verəcək.

0
6