Ərdoğan türk xalqına müraciət etdi

Ərdoğan türk xalqına müraciət etdi

“Bu 12 saat davam edən əməliyyat deyil”.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan türk xalqını küçələri tərk etməməyə çağırıb, Oxu.Az Hurriyet-ə istinadən xəbər verir.

“Biz meydanlarımızı boş qoymayacağıq, biz buradan getməyəcəyik. Bu 12 saat davam edən əməliyyat deyil”, - Ərdoğan hərbi çevriliş cəhdinin qurbanlarının dəfn mərasimində deyib.

Türkiyə prezidenti həmçinin bildirib ki, ölkədə baş verən hərbi çevrilişə cəhddən sonra ölüm hökmü bərpa edilə bilər.

“Demokratiya zamanı xalqın tələbinə göz yummaq olmaz. Bu sizin seçiminizdir. Ölüm hökmü məsələsinə konstitusiya prosesləri çərçivəsində müvafiq instansiyalarda baxılacaq”, - Türkiyə lideri vurğulayıb.

Qeyd olunur ki, hərbi çevriliş cəhdinin qurbanlarının dəfn mərasiminə gələn insanlar “ölüm hökmü istəyirik” şüarlarını səsləndiriblər.

0
5