Ərdoğan hərbi çevriliş cəhdinin qurbanlarının dəfn mərasimində

Ərdoğan hərbi çevriliş cəhdinin qurbanlarının dəfn mərasimində

Mərasimə qatılan vətəndaşlar arasında böyük izdiham yaşanır.

Türkiyədə baş verən qiyam nəticəsində həlak olanların son mənzilə yola salınmasına başlanılıb.

Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:00-da ölkədəki 85 min məsciddə şəhidlərin ruhuna dualar oxunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin 11-ci Prezidenti Abdullah Gül, Türkiyə Böyük Milli Məclisinin sədri İsmail Kahraman, sabiq Baş nazir Əhməd Davudoğlu İstanbulda Fatih məscidində cənazə namazının qılınmasında iştirak edirlər.

Şəhidlərin üzəri Türkiyə bayrağı ilə örtülmüş cənazələri onların doğulduqları vilayət və şəhərlərə aparılaraq torpağa tapşırılır.

Cənazələrin son mənzilə yola salınması mərasimi vətəndaşların böyük izdihamları ilə müşayiət olunur.

0
8