“İncirlik” hərbi bazasının komandanlığı həbs edilib

“İncirlik” hərbi bazasının komandanlığı həbs edilib

Hərbi bazanın rəhbəri ilə yanaşı, daha 10 yüksək rütbəli zabit saxlanılıb.

Türkiyənin cənubunda yerləşən “İncirlik” hərbi bazasının komandanlığı dövlət çevrilişinə cəhddə iştirak itihamı ilə həbs edilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.

Məlumata görə, Hərbi Hava Qüvvələri bazasının komandanlığı Adana vilayətinin cənub hissəsində saxlanılıb.

Həmçinin bildirlir ki, hərbi bazanın rəhbəri ilə yanaşı, daha 10 yüksək rütbəli zabit saxlanılıb.

0
9