Türkiyədə 6 mindən çox insan həbs olunub

Türkiyədə 6 mindən çox insan həbs olunub

Bu şəxslərlə bağlı məhkəmə prosesi Türkiyə tarixində ən böyük məhkəmə işlərindən biri olacaq.

Türkiyədə iyulun 15-də baş tutmayan hərbi çevriliş cəhdində iştirak etməkdə təqsirləndirilən şəxslərin həbs olunmaları davam edir. İndiyədək ölkə üzrə həbs olunanların sayı 6 mini ötüb.

Oxu.Az-ın Reuters-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ məlumat verib.

Nazir qiyamda iştirakı müəyyən edilən şəxslərin ədalət mühakimə cəlb olunacağını vurğulayıb. Bildirilib ki, bu şəxslərlə bağlı məhkəmə prosesi Türkiyə tarixində ən böyük məhkəmə işlərindən biri olacaq.

Qeyd edək ki, təkcə İstanbulda 2300 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

0
12