Türkiyə ŞOKDA: Həbs edilənlərin sayı 6 minə çatdı

Türkiyə ŞOKDA: Həbs edilənlərin sayı 6 minə çatdı

Türkiyədə iyulun 15-də baş vrmiş dövlət çevrilişinə cəhdlə bağlı həbs edilənlərin sayı 6 minə çatıb. Lent.az-ın məlumatına görə, bunu ölkənin ədliyyə naziri Bəkir Bozdağ bu gün keçirdiyi mətbuat konfransında bəyan edib. Nazir həbs edilənlərin sayının daha da artacağını və genişmiqyaslı istintaq tədbirlərinin görüləcəyini deyib.

Bildirilir ki, həbs edilənlər arasında hərbçilərlə yanaşı, prokurorlar, hakimlər, dövlət ittihamçıları, polis zabitləri, eləcə də 60-dan çox iri iş adamı da var.

xxxx

22:24

Türkiyədə 2745 ədliyyə, inzibati hakim və prokurorun saxlanılması barədə sanksiya var.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV kanalı məlumat verib.

Ankara Baş Prokurorluğunun barəsində saxlanılma qərarı verdiyi hakim və prokurorlar “Fətullahçı terror təşkilatına” üzvlük və dəstək verməkdə ittiham olunurlar.

Qeyd edək ki, bu Türkiyənin Cümhuriyyət tarixindəki ən kütləvi saxlanılma qərarıdır.

0
14