Putin və Ərdoğanın danışıqları

Putin və Ərdoğanın danışıqları

Prezidentlər yaxın gələcəkdə görüş keçirmək niyyətlərini təsdiqləyiblər.

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Türkiyədə baş verən hərbi çevrilişə cəhdi müzakirə edib.

Oxu.Az TASS- a istinadən xəbər verir ki, söhbət zamanı Putin Ərdoğana hərbi çevrilişə cəhd zamanı ölənlərə görə başsağlığı verib və Türkiyədə sabitliyin bərpa olunmasını arzuladığını bildirib.

Ərdoğan Putini rusiyalı turistlərin təhlükəsizliyinin təmin olumnası istiqamətində bütün lazımi addımların atılacağına əmin edib.

Dövlət başçıları həmçinin yaxın gələcəkdə görüş keçirmək niyyətlərini təsdiqləyiblər.

0
13