Yerevanda polis binasını ələ keçirən şəxs hadisə yerindən video yaydı

Yerevanda polis binasını ələ keçirən şəxs hadisə yerindən video yaydı

Silahlılar bir neçə nəfəri girov saxlayırlar.

Yerevanda Daxili Qoşunların və polis binasını ələ keçirən silahlı şəxslərdən biri Areq Küreqyan Facebook sosial şəbəkəsində hadisə yerindən video yerləşdirib.

Oxu.Az xəbər verir ki, videoda Küreqan və onun tərəfdarlarının (təxminən dörd-beş nəfər) silahlı olduqları və bir neçə nəfəri girov saxladıqları görünür.

RİA Novosti-nin məlumatına əsasən, silahlılar yeddi nəfəri girov saxlayırlar. Girovlar arasında general-mayor Vardan Yeqiazaryanın da olduğu bildirilir.

Ermənistan höküməti bəyanat verib ki, baş verənlər silahlı üsyan deyil.

0
12