Türkiyədə 60 iş adamı tutuldu

Türkiyədə 60 iş adamı tutuldu

Türkiyədə Fəthullah Gülənin təşkilatına maliyyə dəstəyi verən 60 iş adamı saxlanılıb. Bu barədə Trend Haber 7 telekanalına istinadən məlumat yayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini-icitmai xadim Fəthullah Gülənin ekstradisiyasını tələb edib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, hərbi çevrilişə cəhdin arxasında Fətullah Gülən hərəkatı dayanır.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

0
10