Keçmiş deputatın qızı əcnəbi biznesmenə ərə getdi - FOTOLAR

Keçmiş deputatın qızı əcnəbi biznesmenə ərə getdi - FOTOLAR

Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Asəf Hacıyevin qızı Mənzər Hacıyevanın toyu olub.
Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Menzer Hajiyeva” kəlağayı brendinin dizayneri olan Mənzər Hacıyeva fransalı iş adamı Saşa Sebbaxla ailə həyatı qurub. Cütlüyün toyu İstanbulda, Çırağan sarayında baş tutub.

Cütlüyün nişan mərasimi ötən ilin yayında keçirilmişdi.

Qeyd edək ki, Saşa Sebbax Ekologiya və Bərpa Olunan Enerji Mənbələri sahələri üzrə peşəkar mütəxəssisdir. Mənzər və Saşa bir neçə il öncə Parisdə tanış olublar.

Xatırladaq ki, Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibidir. Baş katib seçildikdən sonra deputat mandatına xitam verilib. Asəf Hacıyevin 3 övladı var.


0
25