Silahlı şəxslər İrəvanda polis binasını ələ keçirib

Silahlı şəxslər İrəvanda polis binasını ələ keçirib

Binanın azad edilməsi məqsədilə hadisə yerinə əlavə qoşun göndərilib.

Bir qrup silahlı şəxs İrəvan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib.

Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, onlar müxalif “Yeni Ermənistan” ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

Silahlıların ələ keçirdiyi binanın azad edilməsi məqsədilə əlavə qoşun göndərilib.

Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, yaxın vaxtlarda polisi rəsmi bəyanatla çıxış edəcək.

Hazırda polis Erebuni rayonuna gedən bütün yolları bağlayıb.

0
9