Fətullah Gülən açıqlama verdi: “Narahat deyiləm”

Fətullah Gülən açıqlama verdi: “Narahat deyiləm”

ABŞ-ın Pensilvaniya ştatında yaşayan və Türkiyədə rəsmi olaraq terror təşkilatı lideri kimi tanınan Fətullah Gülən son hadisələrlə bağlı açıqlama verib. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, FətullahGülən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın onun barəsində səsləndirdiyi fikirlri rədd edib. İngiltərənin “Financial Times” qəzetinin suallarını cavablandıran “Gülən camaatı”nın lideri hərbi qiyamla bağlılığının olmadığını deyib. O, ABŞ-dan deportasiya edilə biləcəyi ilə bağlı narahatlığının olmadığını da əlavə edib.

Fətullah Gülən deyib: “Ərdoğanın mənə qarşı ittihamlarının dünyada ciddi qəbul olunduğunu düşünmürəm. Hakimiyyətdə olan partiyanın bu hadisələri təşkil etməsi ehtimalı var. Bu da orduya və “Gülən camaatı”na qarşı daha çox ittihamın irəli sürülməsinə şərait yaradacaq”.

Fətullah Gülən həmçinin bəyan edib ki, demokratiyaya təhlükə adı ilə istənilən hərbi idarəetmənin əleyhinədir və keçmişdə özü də belə bir prosesin qurbanı olub.

0
20