Şəmkirdə ağır qəza: Ölənlər var

Şəmkirdə ağır qəza: Ölənlər var

“VAZ 21099” markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Şəmkirdə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza Şəmkir-Şiştəpə avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ 21099” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəqliyyat vasitəsində olan iki sərnişin hadisə yerində ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

0
27