Kerri: “ABŞ-ın Türkiyədəki hadisələrdə roluna dair iddialar yalandır”

Kerri: “ABŞ-ın Türkiyədəki hadisələrdə roluna dair iddialar yalandır”

ABŞ dövlət katibi Con Kerri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı ABŞ-ın Türkiyədəki hadisələrlə əlaqəli olmasına dair iddiaların yalan olduğunu qeyd edib.

APA-nın xəbərinə görə, bu barədə  “Reuters” Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.

“Con Kerri aydın izah edib ki, ABŞ Türkiyə hökumətin araşdırmaların aparılmasına dəstək verməyə hazırdır, lakin ABŞ-ın dövlət çevrilişi cəhdində rolunun olmasına dair iddialar və bəyanatlar tamamilə yalandır və ikitərəfli münasibətlərimizə zərər vurur”, - deyə Kirbi bildirib.    

ABŞ dövlət katibi  Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı həmçinin qeyd edib ki, Ankara araşdırma zamanı təmkinlik nümayiş etdirməli və qanuna addımlara yol verməməlidir.  

Kerri və Çavuşoğlu danışıqlar zamanı İŞİD-ə qarşı birgə mübarizənin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

0
13