BMT TŞ Türkiyə ilə bağlı bəyanatı qəbul edə bilmədi

BMT TŞ Türkiyə ilə bağlı bəyanatı qəbul edə bilmədi

BMT Təhlükəsizlik Şurası Türkiyədəki  hərbi çevriliş cəhdi ilə bağlı bəyanatı razılaşdıra bilməyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Misir ABŞ-ın təklif etdiyi bəyanat layihəsinə qarşı çıxış edib.

Məlumata görə, ABŞ-ın təklif etdiyi bəyanat layihəsində aşağıdakı ifadə əks olunub: “Türkiyədə bütün tərəflər demokratik yolla seçilmiş hökumətə hörmətlə yanaşmalı, təmkinlik nümayiş etdirməli,  zor və qan tökməkdən çəkinməlidir”.

Misir tərəfi bəyanatın mətnini aşağıdakı variantda verməyi təklif edib: “Türkiyədə bütün tərəflər demokratik və konstitusion prinsiplərə və hüququn aliliyinə hörmətlə yanaşmalı, zor tətbiq etməkdən və qan tökməkdən çəkinməlidir”.

Nəticədə sənəd bloklanıb və bəyanat dərc edilməyib.

0
17