Bakı bulvarında Türkiyəyə dəstək aksiyası – FOTO

Bakı bulvarında Türkiyəyə dəstək aksiyası – FOTO

Aksiyada Türkiyənin istiqlal marşı, milli mahnıları ifa olunub.

Bu gün axşam saat 10 radələrində Bakıda, dənizkənarı bulvarda Türkiyəyə dəstək aksiyası keçirilib.

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, aksiyada Türkiyənin istiqlal marşı, milli mahnıları ifa olunub.

Aksiyaçılar “Şəhidlər ölməz, vətən bölünməz” və digər bu kimi şüarlar səsləndiriblər.

Xatırladaq ki, dünən gecə Türkiyədə bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib, 200 nəfərə yaxın ölən, 1450 yaralanan var. 3 minə yaxın hərbçi və bir o qədər də başqa peşə sahibləri həbs olunub.

0
16