Ankara Baş Prokurorluğunda kütləvi saxlanılma

Ankara Baş Prokurorluğunda kütləvi saxlanılma

Saxlanılanlar “Fətullahçı terror təşkilatına” üzvlük və dəstək verməkdə ittiham olunurlar.

Türkiyədə 2745 ədliyyə, inzibati hakim və prokurorun saxlanılması barədə sanksiya var.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyənin NTV kanalı məlumat verib.

Ankara Baş Prokurorluğunun barəsində saxlanılma qərarı verdiyi hakim və prokurorlar “Fətullahçı terror təşkilatına” üzvlük və dəstək verməkdə ittiham olunurlar.

Qeyd edək ki, bu, Türkiyənin Cümhuriyyət tarixindəki ən kütləvi saxlanılma qərarıdır.

0
10