Türkiyədə yeni çevriliş təhlükəsi

Türkiyədə yeni çevriliş təhlükəsi

Ötən gecə uğursuz dövlət çevrilişi edilmiş Türkiyədə təhlükə hələ bitməyib.

Oxu.Az xəbər verir ki, ANS TV-nin Türkiyə nümayəndəsinin məlumatına görə, bu barədə Türkiyə Prezident Adminstrasiyasının rəsmi məlumatında bildirilib.

Türkiyə hökuməti bildirib ki, ölkəyə xain hücumlar ola bilər.

Dövlət çevrilişi cəhdinin 24-cü saatına Türkiyə 161 şəhid verib. Ölü sayının artacağı istisna edilmir, çünki 1540 nəfər yaralı var. Bunların 350-yə yaxını ağır vəziyyətdədir.

Hadisə nəticəsində 2900 nəfər həbs edilib. 2745 nəfər hakim və prokuror işdən azad edilib.

0
25