Türkiyə Ordusunun daha bir korpus komandiri həbs edildi

Türkiyə Ordusunun daha bir korpus komandiri həbs edildi

Türkiyə Silahlı Qüvvələrinin III korpusunun komandiri, ordu generalı Erdal Öztürk həbs edilib.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, hərbi çevriliş cəhdində şübhəli bilinən ordu generalı Erdal Öztürk Bursanın İnəgöl rayonunda saxlanılıb.  

Bundan əvvəl Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk və Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti  həbs ediliblər.

Qeyd edək ki, Türkiyədə  hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil  olmaqla 2800-dək şəxs saxlanılıb.

0
12