Türkiyədə ordu generalı Erdal Öztürk həbs edildi

Türkiyədə ordu generalı Erdal Öztürk həbs edildi

Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək rütbəli zabitlərin həbsi davam etdirilir.

Oxu.Az-ın “Milliyet”ə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin 3-cü korpus komandiri, ordu generalı Erdal Öztürk həbs edilib.

Hərbi çevriliş cəhdində şübhəli bilinən ordu generalı Erdal Öztürk Bursanın İnəgöl rayonunda saxlanılıb.

Bundan əvvəl Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk və Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs ediliblər.

Qeyd edək ki, Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil olmaqla 2800-dək şəxs saxlanılıb.

0
9