Türkiyədə aviabaza komandiri saxlanıldı

Türkiyədə aviabaza komandiri saxlanıldı

Türkiyənin Balıkəsir yaşayış məntəqəsində yerləşən Hərbi-Hava Qüvvələri bazasının komandiri general-leytenant İshaq Dayıoğlu saxlanılıb.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə,  İshaq Dayıoğlu  hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb.

Qeyd edək ki, Türkiyədə  hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil  olmaqla 2800-dək şəxs saxlanılıb.

0
9