Türkiyədə ordu generalı Adəm Huduti həbs edildi

Türkiyədə ordu generalı Adəm Huduti həbs edildi

O, son sutka ərzində həbs edilən ən yüksək rütbəli zabitdir.

Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs edilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, ordu generalı A. Huduti hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb.

O, son sutka ərzində həbs edilən ən yüksək rütbəli zabitdir.

Malatya qarnizonunun komandanı, general Avni Anqun və Balıkəsir hərbi-hava bazasının rəhbəri, general-leytenant Ishak Dayıoğlu Türkiyədə hərbi çevriliş cəhdinə görə saxlanılıb.

Malatyada keçirilən əməliyyatda mayor Fatih Kılınç öldürülüb.

Qeyd edək ki, qərargahı Malatyada yerləşən 2-ci ordu İran, İraq və Suriya istiqamətlərinin müdafiəsinə cavabdehdir. 2-ci ordunun 120 min hərbi və mülki personalı var.

0
169