Türkiyədə HHQ-nin komandirini toydan qaçırıblar

Türkiyədə HHQ-nin komandirini toydan qaçırıblar

Abidin Ünal hələ də azad olunmayıb.

Türkiyədə hərbi çevrilişin tərəfdarları Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) komandiri Abidin Ünalı toydan qaçıraraq girov götürüblər.

Oxu.Az En Son Нaber nəşrinə istinadən məlumat verir ki, hadisə İstanbulda HHQ-nin generalı Mehmet Şanverin qızının toy mərasimində baş verib.

Qiyamçılar beş helikopter ilə toy mərasiminin keçirildiyi yerə gələrək general və komandirləri girov götürüblər.

Hazırda hökümət qüvvələri Ünalın azad edilməsi üçün işlər aparır. Türkiyə KİV-in məlumatına görə, HHQ-nin komandiri hələ də azad olunmayıb.

0
14