“Türk Hava Yolları” minə yaxın reysi təxirə saldı

“Türk Hava Yolları” minə yaxın reysi təxirə saldı

Yaxın Şərqin ən iri aviaşirkətləri İstanbula uçmaqdan imtina ediblər.

“Türk Hava Yolları” (THY) aviaşirkəti Türkiyədə hərbi çevrilişə cəhd səbəbilə ümumilikdə 925 aviareysini təxirə salıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq məlumat aviaşirkətin rəsmi saytında yerləşdirilib.

THY sərnişinləri səfər etməzdən əvvəl mövcud vəziyyəti aviaşirkətin saytından öyrənməyə çağırır.

Bundan əlavə məlum olub ki, iyulun 16-da Yaxın Şərqin ən iri aviaşirkətləri — Emirates, Etihad və Qatar Airways İstanbula reysləri təxirə salıblar.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

0
16