Qiyamın pərdəarxası - Heyrətedici İTTİHAMLAR

Qiyamın pərdəarxası - Heyrətedici İTTİHAMLAR

Türkiyədə qiyama cəhdin arxasından Hərbi Hava Qüvvətlərinin eks rəhbəri general Akın Öztürk ilə kürəkəni podpolkovnik Hakan Karakuş çıxdı.

Lent.az-ın məlumatına görə, bu barədə cnnturk xəbər yayıb:

 - General Akın Öztürk, Hərbi Hava Qüvvətlərinin rəhbərliyinə 2013-cü ildə Balyoz əməliyyatlarında bir çox komandirin həbs edilməsindən sonra gətirilib. 2015-ci ilin avqust ayında isə o vəzifəsindən gedib. O, qalan bir ili Yüksək Əsgəri Şurasının üzvü kimi fəaliyyət göstərib. Bu il avqustun 30-da təqaüdə çıxmalıymış.


Onun elə əvvəlcədən Fəttullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsinin olması iddia edilirdi. Akın Öztürkün qiyam edə biləcək potensialının olmasını bir qrup zabit keçən ildən rəhbərliyə çatdırıbmış.

Türk Silahlı Qüvvətlərini FETÖ ilə bağlantıları olan hər bir kəsdən təmizlənəcəyini bilən Öztürkün general Metin İyidil ilə birlikdə qiyama hazırlaşdığı bildirilir. Əgər qiyam uğurlu olsaydı Akın Öztürk Baş qərargah rəisi olacaqdı.

Qiyam gecəsi toy var idi. Eskişehirdəki Hava Qüvvələri Komandiri, orgeneral İlhan Şanverin qızının toyu olub. Bütün generallar toya dəvətli olub. Demək olar ki, onların hamısı dəvəti qəbul edib İstanbula gedib. Lakin tək Akın Öztürk iştirak etməyib.


Akın Öztürk, dünən gecə 22.00-da Akıncı 4-cü qırıcı təyyarə bazasını ələ keçirməyi əmr etdi.  Elə qiyamda iştirak edən də əsasən bu bazanın F-16-ları olub. Onlar uzun müddət havada qala biliblər.

Elə bu bazanın helikopterləri ilə general İlhan Şanverin qızının toy mərasimində dəhşətli anlar yaşandı. Əvvəlcə toyun baş tutduğu məkan helikopterdən atəşə tutulub. Daha sonra helikopterdən enən əsgərlər general və komandirləri girov götürüb.

Qiyamdan sonra ağıla gələn suallardan biri də budur - 24 noyabrda Rus təyyarəsini də bu çetə vurdurub?

0
18